SIĞORTA

31 May

Azərbaycanda könüllü həyat sığortası bazarı 31 % böyüyüb

Azərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında könüllü həyat sığortası üzrə yığımlar 269 milyon 821 min manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64 milyon 331 min manat və ya 31% çoxdur.

Ötən ilin yanvar-aprel aylarında bu göstərici 205 milyon 490 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 127 milyon 993 min manat təşkil edib ki, bu da illik müqayisədə 56 milyon 455 min manat və ya 79% çoxdur.

Ötən ilin eyni dövründə 71 milyon 539 min manat sığorta ödənişləri edilib.

Fuad Mədətov
Fins.az