SIĞORTA

24 Yanvar

“Paşa Həyat Sığorta”nın yığımları 25,2% artıb

2023-cü ilin yanvar-dekabr aylarında “Paşa Həyat Sığorta” ASC 517,467 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 104,169 milyon manat və ya 25,2% artıb.

Fuad Mədətov
Fins.az