Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin yanvar-noyabr aylarını əhatə edən ölkədə fəaliyyət göstərən maliyyə qurumlarının statistik göstəriciləri arasında yerli sığorta şirkətlərinin ödənişlərini açıqlayıb.
Fins.az xəbər verir ki, sığorta şirkətlərində ödənişlərin dinamikası üzrə renkinq siyahısında "Xalq Həyat" Sığorta Şirkəti ASC 7,4 dəfə artımla ən yüksək nəticə göstərən bank olub.
İkinci ən yüksək nəticə “Azərbaycan Sənaye Sığorta” ASC 7 dəfə, üçüncü ən yüksək nəticə isə “İpək Yolu Sığorta” ASC 3,7 dəfə artımla qeydə alınıb.
Siyahıda ən sonuncu yerdə “AtaSığorta” ASC 44% azalma ilə qərarlaşıb.
Fins.az 2023-cü ilin yanvar-noyabr aylarını əhatə edən yerli sığorta şirkətlərinin ödənişlərinin dinamikası üzrə renkinqini təqdim edir:
Fuad Mədətov
Fins.az