Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin yanvar-noyabr aylarını əhatə edən ölkədə fəaliyyət göstərən maliyyə qurumlarının statistik göstəriciləri arasında yerli sığorta şirkətlərinin yığımlarını açıqlayıb.
Fins.az xəbər verir ki, sığorta şirkətlərində yığımların dinamikası üzrə renkinq siyahısında "Azərsığorta" Dövlət Şirkəti 2,1 dəfə artımla ən yüksək nəticə göstərən bank olub.
İkinci ən yüksək nəticə "Meqa Həyat Sığorta" ASC 2 dəfə, üçüncü ən yüksək nəticə isə “Atasığorta” ASC 86,0 % artımla qeydə alınıb.
Siyahıda ən sonuncu yerdə “Xalq Sığorta” ASC 47,3 % azalma ilə qərarlaşıb.
Fins.az 2023-cü ilin yanvar-noyabr aylarını əhatə edən yerli sığorta şirkətlərinin yığımlarının dinamikası üzrə renkinqini təqdim edir:
Fuad Mədətov
Fins.az