2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının könüllü sığortası üzrə yığımlar 3 milyon 409 min manat təşkil edib.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9% çoxdur.
Eyni dövrdə bu növ sığorta ödənişləri 867 min manat təşkil edib ki, bu da illik müqayisədə 5,2% azdır.
Fuad Mədətov
Fins.az