2023-cü il ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar 183 milyon manata yaxın olub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 14,2 faiz artıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1 faiz artaraq 134,2 milyon manat təşkil edib.
Fuad Mədətov
Fins.az