SIĞORTA

10 Yanvar

Məcburi dövlət sosial sığorta daxilolmaları 13% artıb

2023-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən illərlə müqayisədə 16,6 faiz artıb.

Fins.az xəbər verir ki, bu barədə DSMF-nin sədri Himalay Məmişov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fondun 2023-cü ildə gəliri 6 milyard 677 milyon manat təşkil edib:

“DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz və ya 613 milyon manat artaraq 5 milyard 197 milyon manata çatıb”.

Fuad Mədətov
Fins.az