SIĞORTA

09 Yanvar

8.370 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib - Mustafa Abbasbəyli

2023-cü ildə 118 min 398 nəfər işlə təmin edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentlik tərəfindən 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu, ötən iki illə müqayisədə rekord göstəricidir:

“8.370 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib. 2.751 nəfər kvota üzrə işlə təmin edilib. Əmək bazarının araşdırılması, bu sahədə beynəlxalq təcrübənij müqayisəli təhlili üzrə 20-dən çox istiqamət üzrə araşdırma edilib və təhlil hazırlayıb”.

Fuad Mədətov
Fins.az