SIĞORTA

08 Yanvar

Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə 20 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 7,8 dəfə artaraq 0,5 milyon manat olub.

Fuad Mədətov
Fins.az