Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tibbi sığorta üzrə 112,55 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 11,1% artaraq 73,5 milyon manat olub.
Fuad Mədətov
Fins.az