SIĞORTA

07 Yanvar

Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta bazarı böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə 5,1 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 44,3% azalaraq 34 min manat təşkil edib.

Fuad Mədətov
Fins.az