SIĞORTA

07 Yanvar

Azərbaycanda həyatın ölüm halından sığortası bazarı böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyatın ölüm halından sığortası üzrə 30,5 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 13,6% azalaraq 2 milyon manat olub. 

Fuad Mədətov
Fins.az