Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 313,880 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15% çoxdur.
Bu dövrdə bu növ sığorta ödənişləri 126 milyon 722 min manat təşkil edib ki, bu da illik müqayisədə 47,9% artıb.
Fuad Mədətov
Fins.az