Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanılmış 1 108,234 milyon manat sığorta haqqının 894,442 milyon manatı və yaxud 80,7%-i 5 sığorta şirkətinin payına düşüb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (473,79 milyon manat), "PAŞA Sığorta" (265,495 milyon manat), “Atəşgah Həyat Sığorta” (62,41 milyon manat), “Qala Sığorta” (53,63 milyon manat) və “Atəşgah Sığorta” (39,117 milyon manat) ASC-lərdir.
11 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvan Sığorta” (2,508 milyon manat), “Günay Sığorta” (4,302 milyon manat), "Meqa Həyat Sığorta" (4,407 milyon manat), “Bakı Sığorta” (4,644 milyon manat) və “Azsığorta” (7,799 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 23,66 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,1%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 190,132 milyon manat (17,2%) təşkil edib.
Fuad Mədətov
Fins.az