İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən nəşr edilən “İqtisadi islahatlar” elmi-analitik jurnalının 8-ci sayını təqdim edib.
Fins.az xəbər verir ki, jurnalda dərc olunan "Sığorta bazarının müasir problemlərinin həllində dövlət tənzimlənməsinin əhəmiyyəti" adlı məqalənin müəllifi Pərvin Kazımovadır (UNEC).
Məqalədə qeyd olunub:
"Sığorta hər bir ölkənin sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən sığorta bazarının inkişafı ölkəmiz üçün olduqca vacibdir. Müstəqilliyin bərpasından sonra sığorta bazarının inkişafı məqsədilə dövlət tərəfindən xeyli işlər görülmüşdür. Lakin uzun illərdir ki, milli sığorta bazarının inkişafına bir sıra amillər mane olur. Bu amillərin mövcudluğu sığorta bazarının kifayət qədər inkişaf etməsi prosesini ləngidir. Tədqiqatın məqsədi bu problemlərin səbəblərinin təhlil edilməsi və onların aradan qaldırılması üçün təkliflərin hazırlanmasıdır. Həmçinin sığorta bazarının dövlət tənzimlənməsində səmərəliliyin artırılması məqsədilə tövsiyələrin hazırlanması da tədqiqatın əsas məqsədlərindən biridir. Məqalədə sığorta bazarının müasir problemləri və onları meydana gətirən amillər təhlil olunmuşdur. Həmçinin onların həll edilməsində dövlətin rolundan bəhs edilmişdir. Sığorta bazarının dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi üzrə təkliflər verilmişdir. Aparılan tədqiqat nəticəsində mövcud problemlərin həll edilməsi və sığorta bazarının inkişafı məqsədilə əsas istiqamətlər müəyyən olunmuşdur".
Fuad Mədətov
Fins.az