Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 295,635 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 35,9% çoxdur.
Hesabat dövründə icbari sığorta növləri ödənişlərin məbləği 99,114 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 13,7% çoxdur.
Fuad Mədətov
Fins.az