SIĞORTA

14 Dekabr

Bu il Xidmətlər Zərfindəki xidmət sayı 81% artırılıb - Zaur Əliyev

Azərbaycanda son bir neçə ayda 23 vətəndaşa orqan transplantasiyası həyata keçirilib.

Fins.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu il Xidmətlər Zərfindəki xidmət sayını 81% artırılaraq, 3315-ə çatdırılıb.

Sədr onu da qeyd edib ki, yeni əlavə edilən xidmətlərin sırasında gələn transplantasiya əməliyyatları (böyrək, qaraciyər, sümük iliyi – 150, 100, 20) limitli şəkildə qarşılanır. Bugünədək İTS çərçivəsində 23 sayda transplantasiya əməliyyatı icra olunub.

Fuad Mədətov
Fins.az