SIĞORTA

14 Dekabr

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaşlara göndərişlərin verilməsi qaydasında dəyişiklik edilib

Agentlik tərəfindən vətəndaşlara göndərişlərin verilməsi qaydasında dəyişiklik edilib.

Fins.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir.

Fuad Mədətov
Fins.az