SIĞORTA

11 Dekabr

Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası bazarı böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə 6,25 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 77,4% azalaraq 0,1 milyon manat olub.

Fuad Mədətov
Fins.az