SIĞORTA

11 Dekabr

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası bazarı böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 3,1 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,2% artaraq 0,8 milyon manat olub.

Fuad Mədətov
Fins.az