Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 4,9 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azdır.
Ötən 9 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə cəmi 15 min manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).
Fuad Mədətov
Fins.az