SIĞORTA

12 Noyabr

Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə 6,2 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4% çoxdur.

Ötən 9 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,1 milyon manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).

Fuad Mədətov
Fins.az