Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü həyat sığortası üzrə ödənişlərin məbləği 176 milyon 909,5 min manat təşkil edib.
Bu isə illik müqayisədə 29 % çoxdur.
Eyni dövrdə könüllü həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 91,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 86,3 manat olub.