2020-ci ilin yanvar-iyun ayları ərzində 8345 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 1,066,243.00 manat sığorta haqqı toplanılıb.
İcbari Sığorta Bürosundan verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə isə 5919 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 1,237,159.00 manat sığorta haqqı toplanılıb.
6 aylıq nəticələr bağlanan sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarında isə 16% artımın olduğunu deməyə əsas verir. Sığorta müqavilələrinin sayında azalma olsa da, toplanan sığorta haqlarında artım müşahidə olunmasının təməl səbəbi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalmasıdır. Beləliklə, 2020-ci ilin ilk 6 ayında Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127.77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209.35 manat olunub.
2020-2021-ci illərin yanvar-iyun ayları üzrə müqavilələrin sayı və sığorta haqları
Nəqliyyat vasitələrinin növləri üzrə sığorta haqları |
||||
Nəqliyyat vasitəsinin növü |
Yanvar-İyun, 2020 |
Yanvar-İyun, 2021 |
||
Müqavilə sayı |
Sığorta haqqı |
Müqavilə sayı |
Sığorta haqqı |
|
Yük |
4485 |
964,707.00 |
5282 |
1,202,763.00 |
Minik |
3826 |
97,526.00 |
630 |
33,516.00 |
Avtobus |
33 |
4,000.00 |
6 |
810.00 |
Motosiklet |
1 |
10.00 |
1 |
70.0 |
Cəmi |
8345 |
1,066,243.00 |
5919 |
1,239,159.00 |
2020-2021-ci illərin yanvar-iyun ayları üzrə verilmiş sığorta ödənişləri
2020-ci ilin yanvar-iyun ayları ərzində 193 yol nəqliyyat hadisəsinə görə 498,353.01 manat, 2021-ci ilin müvafiq dövründə isə 100 yol nəqliyyat hadisəsinə görə 258,696.47 manat sığorta ödənişi həyata keçirilib. 2020-ci ilin yanvar-iyun ayları ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2,570 manat, 2021-ci ilin yanvar-iyun ayları ərzində isə 2,587 manat təşkil edib.
Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri |
||||
Ölkələr |
Yanvar-İyun, 2020 |
Yanvar-İyun, 2021 |
||
Hadisə sayı |
Sığorta ödənişi |
Hadisə sayı |
Sığorta ödənişi |
|
Rusiya |
141 |
325,628.17 |
49 |
123,118.22 |
Türkiyə |
47 |
157,813.92 |
44 |
112,213.09 |
Digər |
5 |
14,910.92 |
7 |
23,365.16 |
Cəmi |
193 |
498,353.01 |
100 |
258,696.47 |
Hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş verib.
Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı
Ölkələr NV növü |
Yanvar-İyun, 2020 |
Yanvar-İyun, 2021 |
||||||
Yük |
Minik |
Avtobus |
Cəmi |
Yük |
Minik |
Avtobus |
Cəmi |
|
Rusiya |
78 |
61 |
2 |
141 |
38 |
11 |
- |
49 |
Türkiyə |
32 |
15 |
- |
47 |
32 |
12 |
- |
44 |
Digər |
5 |
- |
- |
5 |
6 |
1 |
- |
7 |
Zərərlilik nisbəti
2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərməkdədir. Belə ki, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47%-i həcmində sığorta ödənişi verilmiş, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21% olaraq ortaya çıxmışdır. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.