2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 309 milyon 18,55 min ABŞ dolları dəyərində 495,484 ton neft məhsulları ixrac edib.
Fins.az xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40,3% dəyər, 40,7% isə həcmi azalıb. 2023-cü ildə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 572 milyon 210,25 min dollar, həcmi isə 925,225 ton olmuşdu.
Lakin, 2024-cü ilin hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,5%, həcmi isə 20% artıb.
Fuad Mədətov
Fins.az