SƏNAYE

30 Oktyabr

Boru kəmərləri və enerji obyektlərinin inşasında yüksək keyfiyyət standartları -Nobel Energy

Nobel Energy, mühəndislik və infrastruktur sahəsində qazandığı geniş təcrübə ilə Azərbaycanın neft-qaz sektorunda mühüm rol oynayır. Şirkət, enerji obyektlərinin layihələndirilməsi və tikintisi ilə yanaşı, boru kəmərləri və terminalların qurulması və texniki xidmətini həyata keçirir.

Fins.az xəbər verir ki, boru kəmərlərinin çəkilməsi, terminalların və platformaların tikilməsi zamanı Nobel Energy müasir texnologiyalardan istifadə edərək layihələrin təhlükəsiz və səmərəli şəkildə icrasını təmin edir. Şirkətin komandası, hər bir layihənin yüksək keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirilməsinə xüsusi diqqət yetirir və bu da onun sənayedəki rəqabət üstünlüklərindən biridir.

Nobel Energy-nin təqdim etdiyi xidmətlər enerji obyektlərinin istismar müddətinin uzadılmasına, təhlükəsizlik standartlarının təmin edilməsinə və enerji sektorunun dayanıqlılığının artırılmasına yönəlib. Bu yanaşma, şirkətin uzunmüddətli perspektivdə Azərbaycan və regiondakı neft-qaz infrastrukturuna verdiyi mühüm töhfələrdən biri kimi qiymətləndirilir.

Fuad Mədətov
Fins.az