SƏNAYE

06 Sentyabr

Tikinti şüşəsinin istehsalı 12 faizədək artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 5860,4 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən, xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə tikinti şüşəsinin istehsal həcmi 11,8 faiz və ya 620,1 min kvadratmetr artıb.

Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda istehsal həcmində 21,1 faiz və ya 147,6 min kvadratmetr artım qeydə alınıb. İyul ayında ölkədə 846,7 kvadratmetr tikinti şüşəsi istehsal olunub. Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 1437,5 min kvadratmetr təşkil edib.