SƏNAYE

29 Fevral

TAP boru kəməri ilə Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub

Energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşüb.

Fins.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, görüşdə TAP boru kəmərinin mərhələli genişlənməsi, hidrogen, bərpa olunan qazların tədarükü, karbon neytallığına nail olunması ilə bağlı həyata keçirilən proseslər dəyərləndirilib.

“TAP-la indiyə qədər Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub”, - nazir əlavə edib.

Boru kəmərinin əlavə tədarük üçün 2025-ci ilin sonuna hazır olacağı, İtaliyaya 1 milyard kubmetr, Albaniyaya isə 200 milyon kubmetr qaz nəql ediləcəyi bildirilib.