SƏNAYE

28 Fevral

Almaniya şirkətlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsın rəhbərlik etdiyi şirkət təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə Azərbaycanın enerji keçidi gündəliyində duran məsələlər, ölkədə həyata keçirilən və planlaşdırılan yaşıl enerji layihələri, həmçinin yaşıl hidrogen də daxil olmaqla bərpa olunan enerjinin ixracı planları haqqında məlumat verilib. Günəş və külək enerjisi layihələri, bioenerji, yaşıl hidrogen, enerji səmərəliliyi, yaşıl texnologiyaların istehsalı kimi sahələrdə Alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Fuad Mədətov
Fins.az