SƏNAYE

26 Fevral

Tikinti şüşəsinin istehsalında müsbət dinamika var

Bu ilin yanvar ayında ölkədə 828,7 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə istehsal həcmi 11,3 dəfə və ya 755,5 min kvadratmetr artıb.

Fevral ayının 1-nə hazır məhsul ehtiyatı 1 933,4 min kvadratmetr təşkil edib.