SƏNAYE

22 Fevral

Metallurgiya sənayesi məhsullarının istehsalında artım var

2024-сü ilin yanvar ayında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 94,8 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, metallurgiya sənayesi məhsullarının istehsalında 48,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,3 faiz artım müşahidə olunub.

Cari ilin ilk ayında metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 2,9 dəfə, armatur istehsalı 30,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə isə metaldan konstruksiyaların istehsalı 3,9 faiz artıb.