SƏNAYE

31 Dekabr

İLİN YEKUNU: Bu il “Səngəçal” stansiyasında 17,5 mlrd. kVt-saat elektrik enerjisi istehsal olunub

İstismara verildiyi tarixdən cari ilin 01 dekabr tarixinədək “Səngəçal” modul tipli elektrik stansiyasında 17,5 mlrd. kVt-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən Fins.az-a verilən məlumata görə, stansiyada elektrik enerjisi istehsalı 2020-ci ildə 1,07 mlrd. kVt-saat, 2021-ci ildə 1,06 mlrd. kVt-saat, 2022-ci ildə 0,92 mlrd. kVt-saat, 2023-cü ilin 11 ayında isə 0,71 mlrd. kVt-saat təşkil edib.

Qeyd olunur ki, stansiya 2008-ci ilin 24 dekabr tarixində istismara verilib. Hər birinin gücü 16,62 MVt olan 18 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarət stansiyanın ümumi qoyuluş gücü 300 MVt təşkil edir.

Fuad Mədətov
Fins.az