SƏNAYE

19 May

Gürcüstan Azərbaycandan neft idxalını artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 27.568,7 min ABŞ dolları dəyərində 58.055,7 ton neft idxal edib.

 Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən verilən məlumata görə, Azərbaycandan idxal edilən məhsulun həcmi illik ifadədə 16.185 ton və ya 38,6%, dəyəri isə 13.985,9 min dollar və ya 2 dəfə artıb.

Belə ki, 2020-ci ilin ilk dörd ayında Gürcüstan Azərbaycandan 13.582,8 min dollar dəyərində 41.870,7 ton neft idxal edib.

(c)APA