SƏNAYE

19 Yanvar

Beynəlxalq Enerji Agentliyi neft tələbi proqnozunu aşağı salıb

Beynəlxalq Enerji Agentliyi karantinlər uzandıqdan sonra neftə olan tələb proqnozlarını azaldır

Fins.az xəbər verir ki,Beynəlxalq Enerji Agentliyi, pandemiya səbəbindən uzun müddət davam edən karantinlərin bu il bərpa vəziyyətinə zərər verəcəyini gözləyərək qlobal neft tələbi proqnozlarını endirib. 

Qurumun aylıq hesabatında "Koronavirus peyvəndinin  qlobal miqyasda istifadəsi bu il üçün əsas göstəriciləri gücləndirir, tələb və təklif yenidən böyüməyə qayıdır. Bununla belə, ölkələrin uzun müddət davam etdirən karantinlər satışını azaltdıqları üçün neft tələbinin bərpası zaman alacaq" deyə qeyd olunub.

Agentlik, bu ilin birinci rübü üçün gündəlik neft istehlakı proqnozunu 600.000 barrelə endirdi. 2021-ci il üçün neft tələbi proqnozu gündə 300 min barel azaldılıb.

Bu il qlobal neft istehlakının keçən ilə nisbətən gündəlik 5.5 milyon barel artacağı proqnozlaşdırılır. 2020-ci ildə tələb gündəlik 8.8 milyon azalıb. 

Neft qiymətləri bu il Səudiyyə Ərəbistanının hasilatı azaltacağını elan etməsi ilə bir araya gəlib, Brent markalı neftin bir barel qiyməti bu gün təxminən bir illik ən yüksək həddə 55 dollara satılıb. 

Ancaq bəzi ölkələrdə virusa yoluxmaların artması və karantinlərin yenidən tətbiq edilməsi qiymətlər üzərində təzyiqə səbəb olur.

Müəllif:Aynur Qəniyeva