SƏNAYE

19 İyun

Azərbaycan Gürcüstanın əsas neft bitumu təminatçısıdır

Gürcüstan cari ilin yanvar-may aylarında 15,5 min ton neft bitumu idxal edib. Bu da 2019-cu illə müqayisədə 18,6 min ton və ya 42,2 faiz azdır.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Azərbaycan qonşu ölkənin əsas neft bitumu tədarükçüsü olub. Cari ilin ilk 5 ayında Azərbaycandan Gürcüstana 13,7 min ton neft bitumu ixrac olunub ki, bu da qonşu ölkənin ümumi idxalının 53,7 faizini təşkil edib.

Gürcüstanın neft bitumu aldığı ölkələr sırasında 7,2 min tonla İran ikinci, 2,9 min tonla İraq üçüncü yerdədir.

© Azərtac