SƏNAYE

10 İyun

Türkiyədən Azərbaycana polad ixracı azalıb

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,93 faiz azalaraq 36,873 milyon dollar təşkil edib.

Bu barədə  Türkiyə Ticarət Nazirliyi məlumat verilib

May ayında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin mayı ilə müqayisədə 22,31 faiz azalıb və 7,832 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin polad ixracı 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 22,9 faiz azalıb və 4,851 milyard dollara bərabər olub.

2020-ci ilin yanvar-aprel aylarında polad ixracı Türkiyənin ümumi ixracının 7,9 faizini təşkil edib.

Qeyd edək ki, son 12 ay ərzində (may 2019-may 2020) Türkiyənin polad ixracı 12,393 milyard dollara bərabər olub.

(c)trend