SƏNAYE

16 Aprel

\"SOCAR\"-dan ixtisarların aparılması ilə bağlı yayılan məlumatlara REAKSİYA

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) hazırda heç bir ixtisarla bağlı müzakirə aparılmır.

Bu barədə SOCAR-ın Mətbuat xidmətindən guya şirkətdə may ayında hansısa ixtisarların aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyilib.

"İstehsalat səmərəliliyinin mümkün dərəcədə artırılması mütəmadi olaraq şirkət daxilində müzakirə olunur. Lakin şirkətdə hazırda heç bir ixtisarla bağlı müzakirə aparılmır. Yəni işçilərin kütləvi surətdə ixtisara salınması gündəmdə deyil”, - açıqlamada bildirilib.

(c)report