SƏNAYE

15 Aprel

Azərbaycanın 2020-ci il ərzində xarici ölkələrə satdığı neftin dəyəri açıqlanıb

Bu ilin I rübündə Azərbaycan 7,576 mln. ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yayımladığı statistik göstəricilərdə bu barədə məlumat verilir.
Bildirilir ki, bu miqdarda məhsulun dəyəri 3,523 mlrd. ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neftin Azərbaycanın ümumi ixracında payı 83,74% olub.

Bu ilin I rübündə ixrac edilən məhsulun miqdarı ötən ilin müvafiq dövründən 1,6%, dəyəri isə 0,3% azdır.

Müəllif:Aynur Qəniyeva