SƏNAYE

15 Aprel

SOCAR neft və neft-kimya məhsullarının ixracını 17% artırıb

Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft emalı və neft-kimya məhsullarının ixracı təqribən 534 min ton təşkil edib.

Bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib.

Bu ilin üç ayında ixrac edilən neft emalı və neft-kimya məhsullarının ixracı ötən ilin müvafiq dövründən 17% çoxdur.

Hesabat dövründə xarici bazarlara 94 min tona yaxın metanol, 43 min tona yaxın karbamid ixrac edilib.