SƏNAYE

14 Aprel

Energetika Nazirliyi: Azərbaycanda neft hasil edən şirkətlər OPEC+ çərçivəsində hasilatın azaldılması haqqında

Azərbaycanda neft hasilatı sahəsində fəaliyyət göstərən şirkətlər OPEC+ öhdəlikləri çərçivəsində neft hasilatının azaldılmasına dair ölkənin qəbul etdiyi qərarı dəstəkləyirlər. Bunu Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.

“Azərbaycanda fəaliyyət göstərən neft hasil edən şirkətlərlə neft bazarının tənzimlənməsi məqsədilə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası məsələ ilə bağl görüş keçirilib. Neft bazarında balansın təmin edilməsi ilə bağlı tədbirlərə şirkətlər tərəfindən dəstək ifadə olunub”, - Əliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanın öhdəlikləri gündəlik xam neft hasilatının 2018-ci ilin səviyyəsindən azaldılan faiz göstəricilərinə uyğun olaraq və neft istehsalçılarının hasilat həcmləri nəzərə alınaraq bölüşdürüləcək.