Yeni dərman ümid yaradır

Yeni dərman ümid yaradır

TİBB
559

Fins.az - Orta və ağır dərəcəli Hidradenitis suppurativa (irinli hidradenit) xəstəliyinin müalicəsi üzrə aparılan tədqiqatlar yeni perspektivlər ortaya qoyub.

Klinik araşdırmalar zamanı povorcitinib adlı preparatın xəstələrdə əhəmiyyətli təsir göstərdiyi müəyyən edilib.

Tədqiqat nəticələrinə əsasən, preparatın tətbiqi xəstələrin 57%-ində simptomların nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Bundan əlavə, iştirakçıların 29%-ində əsas dəri zədələnmələrinin tam aradan qalxdığı qeyd olunub.

Povorcitinib gündə bir dəfə qəbul edilən oral preparatdır. Onun təsir mexanizmi JAK1 fermentinin bloklanmasına əsaslanır. Bu ferment iltihab mediatorlarının siqnal ötürülməsində mühüm rol oynayır və onun aktivliyi xroniki iltihab proseslərini gücləndirir.

Hazırda bu xəstəliyin müalicəsində əsasən inyeksiya yolu ilə tətbiq olunan preparatlardan istifadə edilir. ABŞ-da təsdiqlənmiş dərmanlar arasında Humira (AbbVie), Cosentyx (Novartis) və Bimzelx (UCB) yer alır.

Incyte şirkətinin məlumatına görə, povorcitinib preparatının qeydiyyatı üçün müraciətlər hazırda FDA və EMA tərəfindən nəzərdən keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni dərman ümid yaradır — Fins.az — Fins.az