Yaz allergiyası astmaya çevrilə bilərmi?

Yaz allergiyası astmaya çevrilə bilərmi?

TİBB
424

Fins.az - Mütəxəssislərin sözlərinə görə, yaz aylarında havada artan polenlər (bitki tozcuqları) bir çox insanda allergik reaksiyalara səbəb olur.

Səhiyyə Nazirliyinin mütəxəssisi bildirir ki, yaz allergiyası adətən allergik rinit kimi özünü göstərir. Bu zaman burun axıntısı, asqırma, qaşınma və gözlərdə sulanma kimi əlamətlər yaranır.

Lakin bəzi hallarda bu vəziyyət daha ciddi tənəffüs problemlərinə səbəb ola bilər. Müalicə olunmayan və ya nəzarətsiz qalan allergiya aşağı tənəffüs yollarına təsir edərək bronxların həssaslaşmasına gətirib çıxara bilər.

Bu proses nəticəsində astma inkişaf edə bilər. Tibbdə bu hal “allergik marş” və ya “allergik yürüş” adlanır və allergik riniti olan şəxslərdə astma riski daha yüksək hesab olunur.

Mütəxəssislər erkən diaqnoz və düzgün müalicənin bu riskin azaldılmasında vacib olduğunu vurğulayırlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaz allergiyası astmaya çevrilə bilərmi? — Fins.az — Fins.az