Tanınmış həkim Yeni Klinikaya direktor təyin edildi

Tanınmış həkim Yeni Klinikaya direktor təyin edildi

TİBB
637

Fins.az - Tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova Yeni Klinikaya direktor təyin edilib.

Məlumata görə, Zəhra Vəzirova 1998–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-reanimatoloq kimi fəaliyyət göstərib. O, 2005–2012-ci illərdə həmin tibb müəssisəsinin İntensiv terapiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012–2018-ci illərdə Milli Onkologiya Mərkəzində Reanimasiya, həmçinin Anesteziologiya və reanimasiya şöbələrinə rəhbərlik edən Zəhra Vəzirova, 2019–2024-cü illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Tədris-Simulyasiya Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib.

Bildirilib ki, o, 2023–2025-ci illərdə Azərbaycan Respublikasının Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri olub. Eyni zamanda, 2020-ci ildən Azərbaycan Tibbi Simulyasiya Tədrisi Assosiasiyasının icraçı direktoru, 2024-cü ildən isə “Society in Europe for Simulation Applied to Medicine” (SESAM) təşkilatının üzvüdür.

Qeyd edək ki, Zəhra Vəzirova 55-dən artıq elmi nəşrin müəllifidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tanınmış həkim Yeni Klinikaya direktor təyin edildi — Fins.az — Fins.az