Səhiyyə sektorunda yeni investisiya regionların tibbi infrastrukturunu gücləndirir

Səhiyyə sektorunda yeni investisiya regionların tibbi infrastrukturunu gücləndirir

TİBB
109

Fins.azBaku Medical Plaza Klinikalar Şəbəkəsi fəaliyyət coğrafiyasını genişləndirərək Sumqayıt şəhərində yeni filialını istifadəyə verib.

Klinikanın yaydığı məlumata görə, yeni tibb müəssisəsində müasir tibbi avadanlıqlardan istifadə olunur və xidmətlər beynəlxalq standartlara uyğun şəkildə təşkil edilib.

Bildirilib ki, bununla Sumqayıt sakinləri yüksək səviyyəli tibbi xidmətlərdən artıq yaşadıqları şəhərdə yararlana biləcəklər.

Məlumata əsasən, Baku Medical Plaza Klinikalar Şəbəkəsi (VÖEN: 2001851661) International Medical Center Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərir.

Qeyd olunub ki, klinikalar şəbəkəsinin əsas məqsədi müvafiq standartlara cavab verən yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsidir.

2011-ci ildən fəaliyyət göstərən Baku Medical Plaza ölkədə səhiyyə sisteminin inkişafına və insanların həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verməyi qarşıya məqsəd qoyub.

Klinikanın məlumatına görə, şəbəkə müasir tibbi texnologiyaların tətbiqi ilə insanların sağlamlığının qorunmasını, diaqnostika və müalicə prosesinin daha effektiv təşkilini hədəfləyir.

Bildirilib ki, Baku Medical Plaza-nın peşəkar komandası müxtəlif ixtisaslar üzrə təcrübəli həkimlərdən ibarətdir.

Beynəlxalq sertifikatlara malik mütəxəssis heyəti müasir diaqnostika və müalicə üsullarından istifadə etməklə pasiyentlərə təhlükəsiz və yüksək keyfiyyətli tibbi xidmət göstərir.

Klinikalar şəbəkəsi Sumqayıt sakinlərini yeni filialın xidmətlərindən yararlanmağa dəvət edərək, artıq onlara daha yaxın olduqlarını bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səhiyyə sektorunda yeni investisiya regionların tibbi infrastrukturunu gücləndirir — Fins.az