Samsung və Apple zirvədən düşüb

Samsung və Apple zirvədən düşüb

TİBB
606

Çinin “Xiaomi” şirkəti cari ilin iyun ayında özünün əsas rəqibləri olan “Samsung” (Cənubi Koreya) və “Apple” (ABŞ) şirkətlərindən daha çox smartfon satıb.

İyun ayında “Xiaomi”nin satışları 26% artıb və qlobal smartfon satışlarının 17,1%-ni təşkil edib. “Samsung” və “Apple”ın satışlardakı payları isə müvafiq olaraq 15,7% və 14,3% təşkil edib.

Lakin araşdırmada qeyd edilir ki, “Xiaomi”nin liderliyi müvəqqəti xarakter daşıya bilər belə ki, bu yaxınlarda Vyetnamda kəskin artan COVID-19 halları “Samsung”un istehsalında dayanmalar yaradıb və yaranan boşluqdan Çin istehsalçısı istifadə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Samsung və Apple zirvədən düşüb — Fins.az — Fins.az