
Qadın sağlamlığı sahəsində beynəlxalq təcrübənin əhəmiyyəti artır
Fins.az - Caspian International Hospital müasir tibbdə peşəkar inkişafın davamlı öyrənmək və beynəlxalq təcrübəni yaxından izləməkdən başladığını bildirib.
Klinikanın beynəlxalq statuslu mama-ginekoloqu Dr. Heyran Hüseynova ABŞ-ın Vaşinqton şəhərində keçirilən Amerika Mama-Ginekoloqlar Kollegiyasının (ACOG) 75-ci İllik Klinik və Elmi Konfransında iştirakını təsdiqləyən rəsmi sertifikata layiq görülüb.
Bildirilib ki, qadın sağlamlığı sahəsində dünyanın ən nüfuzlu elmi platformalarından biri hesab olunan ACOG-un illik konfransı hər il aparıcı mütəxəssisləri bir araya gətirərək ən son klinik yanaşmaların, elmi yeniliklərin və müasir müalicə standartlarının müzakirəsinə ev sahibliyi edir.
Caspian International Hospital qeyd edib ki, beynəlxalq elmi mühitdə qazanılan təcrübə və biliklər pasiyentlərə təqdim olunan tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə və xidmətlərin Qərb standartlarına uyğun şəkildə göstərilməsinə töhfə verir.