Novo Nordisk semaqlutidi tablet formasında bazara çıxarır

Novo Nordisk semaqlutidi tablet formasında bazara çıxarır

TİBB
432

Finss.az - Cari ilin ikinci rübündə Novo Nordisk şirkəti semaqlutidin tablet formasını bazara təqdim edəcək.

Preparat bir neçə dozada satışa çıxarılacaq.

ABŞ-da Qida və Dərman Administrasiyası (FDA) semaqlutidin ağızdan qəbul edilən forması üçün 1,5 mq, 4 mq və 9 mq dozalarının istehsalına icazə verib.

Yeni preparat Ozempic pill ticarət adı altında satışa çıxacaq. Bu isə 2-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün müalicə seçimini daha sadə və anlaşılan edəcək.

İndiyədək ağızdan qəbul edilən semaqlutid (3 mq, 7 mq və 14 mq dozalarında) yalnız Rybelsus ticarət adı ilə mövcud idi.

Semaqlutid eyni zamanda 2-ci tip şəkərli diabeti olan yetkin şəxslərdə bəzi ürək-damar xəstəlikləri riskinin azaldılması məqsədilə də istifadə olunur.

Novo Nordisk şirkətinin açıqlamasına görə, Ozempic pill üçün yeni dozalar bioekvivalentlik tədqiqatlarıRybelsus preparatı üzrə klinik araşdırmaların nəticələri əsasında təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Novo Nordisk semaqlutidi tablet formasında bazara çıxarır — Fins.az — Fins.az