“Məlhəm Beynəlxalq Hospital” tanıtım sərgisində geniş tibbi potensialını nümayiş etdirib

“Məlhəm Beynəlxalq Hospital” tanıtım sərgisində geniş tibbi potensialını nümayiş etdirib

TİBB
272

Fins.az - 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin iştirakçılarından olan “Məlhəm Beynəlxalq Hospital”ın direktoru Sevda Əlizadə sərgi ilə bağlı öz təəssüratlarını bölüşüb.

Qeyd olunur ki, sərgidə 300-dən çox yerli şirkət tekstil, qida, İKT, təhsil, inşaat, sənaye, logistika və digər sahələr üzrə məhsul və xidmətlərini nümayiş etdirib və ziyarətçi iştirakı tamamilə ödənişsiz təşkil olunub.

Bildirilib ki, sərgi ziyarətçiləri üçün 18–21 iyun tarixlərində xidmətlərin göstəriləcək.

“Məlhəm Beynəlxalq Hospital” beynəlxalq standartlara uyğun yüksək səviyyəli tibbi xidmət göstərən səhiyyə müəssisəsi kimi fəaliyyət göstərir.

Qeyd edilir ki, hospitalda 113 həkim və 202 orta tibb işçisi daxil olmaqla ümumilikdə 537 nəfərlik peşəkar tibbi heyət çalışır.

Bildirilib ki, tibb müəssisəsi 28 000 m² sahəni əhatə edən 5 mərtəbəli kompleksdə yerləşir və 120 çarpayılıq tutuma malikdir.

Məlumata görə, hospitalda 9 tam təchiz olunmuş əməliyyatxana və 20 reanimasiya yatağı fəaliyyət göstərir, həmçinin Neonatologiya şöbəsində 6 nüvə və 1 transfer arabası mövcuddur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Məlhəm Beynəlxalq Hospital” tanıtım sərgisində geniş tibbi potensialını nümayiş etdirib — Fins.az — Fins.az