
Laparoskopik cərrahiyyə pasiyentə sürətli bərpa imkanı yaradıb - Zəfəran Hospital
Fins.az – Zəfəran Hospital Tibb Mərkəzində laparoskopik və bariatrik cərrah, Op. Dr. Aslan Abdullayev tərəfindən icra olunan əməliyyat uğurla başa çatıb.
Məlumata görə, əməliyyatdan sonra pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunub, o artıq normal qidalanmaya qayıdıb və gündəlik həyat fəaliyyətini bərpa etməyə başlayıb.
Mərkəzdən bildirilib ki, vaxtında diaqnoz və düzgün cərrahi müdaxilə uzunmüddətli sağlamlıq problemlərinin qarşısının alınmasında mühüm rol oynayır və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırır.
Qeyd edilib ki, müasir laparoskopik və bariatrik cərrahiyyə minimal invaziv yanaşma ilə daha sürətli bərpa və daha az ağırlaşma riski təmin edir.