Kosmetik protezlər özünəinamın artırılmasına xidmət edir

Kosmetik protezlər özünəinamın artırılmasına xidmət edir

TİBB
238

Fins.az – AsMed Ortopedi Protez-Onurğa Mərkəzi dayaq-hərəkət sistemi problemləri, onurğa əyrilikləri və protez-ortez ehtiyacları üzrə ixtisaslaşmış tibbi xidmətlər göstərir.

Mərkəzin məlumatına görə, burada müxtəlif ortopedik problemlərin diaqnostikası və müalicəsi həyata keçirilir, eyni zamanda fərdi protezlər, ortezlər və onurğa korsetləri hazırlanır. Pasiyentlər üçün ortopedik müayinələr də təşkil olunur.

Bildirilir ki, AsMed Mərkəzində təqdim edilən kosmetik protezlər yalnız görünüşün bərpasına deyil, həm də pasiyentlərin özünəinamının artırılmasına xidmət edir.

Mərkəz qeyd edir ki, pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə yüksək keyfiyyətli və təbii görünüşə malik kosmetik protezlər hazırlanır. Bu yanaşma həm funksional ehtiyacların qarşılanmasına, həm də estetik nəticələrin əldə olunmasına imkan yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kosmetik protezlər özünəinamın artırılmasına xidmət edir — Fins.az — Fins.az